"Vaqner"ə müraciət etdilər - "Moskvaya yürüş edək" / VİDEO

Ukrayna tərəfində döyüşən bir qrup rus "Vaqner" qruplaşmasının üzvlərini muzdluların rəhbəri Yevgeni Priqojin və komandiri Dmitri Utkinin ölümünə görə qisas almaq üçün onlara qoşulmağa çağırıb.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Könüllülər Korpusunun komandiri Denis Kapustin videomüraciət yayımlayıb.

O, "Vaqner" üzvlərinə müraciətində əvvəlcə Ukraynadakı müharibəyə son verməyə, sonra Moskvaya yürüş etməyə çağırıb.

"Bundan sonra biz Moskvaya yürüş edəcəyik və bu dəfə Moskva dairəvi yoluna 200 kilometr qalmış dayanmayacağıq, sona qədər gedəcəyik".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı