Luis Rubialesi vəzifəsindən edən o qalmaqallı görüntü - VİDEO

Luis Rubiales müvəqqəti olaraq İspaniya Kral Futbol Federasiyasının (RFEF) rəhbərliyindən uzaqlaşdırıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qərarı Beynəlxalq Futbol Federasiyasının (FİFA) intizam komitəsi qəbul edib.

“FİFA İntizam Komitəsinin sədri Xorxe İvan Palasio bu gün Luis Rubialesin milli və beynəlxalq səviyyədə futbolla bağlı bütün fəaliyyətlərini müvəqqəti olaraq dayandırmaq qərarına gəlib”, - qərarda qeyd olunub.

Məhdudiyyətlərin 90 gün müddətində qüvvədə olacağı dəqiqləşib.

Qeyd edək ki, Luis Rubiales bağlı qərar FİFA-nın avqustun 20-da baş vermiş olayla əlaqədar apardığı araşdırma fonunda qəbul edilib. Avqustun 20-də qadınlar arasında futbol üzrə dünya çempionatının finalında İspaniya yığması İngiltərəni 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub. Medalların təqdim olunma mərasimində Luis Rubiales İspaniya yığmasının kapitanı Cennifer Ermosonun dodaqlarından öpüb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR