Türkiyədə fərdi formada məşq edən Romelu Lukaku razılaşdığı klubun adını açıqlayıb.
Metbuat.az xəbər verir ki, müqavilə ilə “Çelsi”yə məxsus olan Lukaku “Roma” ilə razılaşdığını bildirib. Onun sözlərinə görə, “Roma” ilə bütün detallarda razılıq əldə edilib və müqavilə imzalanmaq üzrədir.
Qeyd edək ki, adı "Qalatasaray"la da hallanan belçikalı ulduz Türkiyəyə gələrək Antalyadakı oteldə fərdi məşq edirdi. Səudiyyə Ərəbistanından iddialı təklif alan Lukaku Avropada futbol oynamaq istədiyi üçün təklifləri rədd edib.