Fidan sabah Lavrovla görüşəcək - Masada Cənubi Qafqaz da var

Sabah Rusiyanın xarici işlər naziri Sergey Lavrov və türkiyəli həmkarı Hakan Fidan görüşəcək.

Metbuat.az xəbər verir ki, Kremlin mətbuat katibi Mariya Zaxarova bildirib ki, Fidan və Lavrov Ukrayna, Suriya, Liviya da daxil olmaqla regional məsələləri müzakirə edəcəklər. Nazirlərin müzakirə masasında Cənubi Qafqaz da var.

Qeyd edək ki, bu, Hakan Fidanın nazir postuna gəldikdən sonra Lavrovla ilk görüşüdür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı