Azərbaycanda yeni qanun - 1 sentyabrda QÜVVƏYƏ MİNİR

Azərbaycanda dövlət istiqrazları ilə bağlanılan əqdlərin hesablaşmaları üzrə "Qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə klirinq və hesablaşmaların aparılmasına dair Kollektiv Saziş"ə dəyişikliklər edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Milli Depozit Mərkəzi məlumat yayıb.

Məlumata görə, təkrar bazarda dövlət istiqrazları ilə bağlanılan əqdlərin hesablaşmaları T+1 rejimindən T+0 rejiminə keçirilib. Dəyişikliklər sentyabrın 1-dən bağlanılacaq əqdlərin hesablaşmalarına tətbiq olunacaq.

Başqa sözlə, əgər indiyə qədər investorlar hərracda təkrar bazardan aldıqları dövlət istiqrazlarına görə ödənişi 1 gün sonra edə bilərdilərsə, bundan sonra ödənişi alqı-satqı günü həyata keçirməli olacaqlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı