2023-24 mövsümü üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılıb.
Metbuat.az xəbər verir ki, Monakoda keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 20:00-da başlayıb.
Artıq qrupların tərkibi müəyyənləşib.
Qeyd edək ki, qrup mərhələsinin oyunları 19-20 sentyabrda start götürəcək, 12-13 dekabr tarixlərində yekunlaşacaq.
Qrupları təqdim edirik:
UEFA Çempionlar Liqası
Qrup mərhələsi
A qrupu
“Bayern” (Almaniya)
“Mançester Yunayted” (İngiltərə)
“Kopenhagen” (Danimarka)
“Qalatasaray” (Türkiyə)
B qrupu
“Sevilya” (İspaniya)
“Arsenal” (İngiltərə)
PSV (Niderland)
“Lans” (Fransa)
C qrupu
“Napoli” (İtaliya)
“Real” (İspaniya)
“Braqa” (Portuqaliya)
“Union Berlin” (Almaniya)
D qrupu
“Benfika” (Portuqaliya)
“İnter” (İtaliya)
“Zalsburq” (Avstriya)
“Real Sosyedad” (İspaniya)
E qrupu
“Feyenoord” (Niderland)
“Atletiko” (Madrid, İspaniya)
“Latsio” (İtaliya)
“Seltik” (Şotlandiya)
F qrupu
PSJ (Fransa)
“Borussiya” (Dortmund, Almaniya)
“Milan” (İtaliya)
“Nyukasl” (İngiltərə)
G qrupu
“Mançester Siti” (İngiltərə)
“Leypsiq” (Almaniya)
“Srvena Zvezda” (Serbiya)
“Yanq Boyz” (İsveçrə)
H qrupu
“Barselona” (İspaniya)
“Portu” (Portuqaliya)
“Şaxtyor” (Donetsk, Ukrayna)
“Antverpen” (Belçika)