“Napoli”dən Kvaratsxeliya ilə bağlı AÇIQLAMA

“Napoli” mətbuatda Xviça Kvaratsxeliya ilə müqavilənin uzadılmasına dair yayılan xəbərlərlə bağlı bəyanat yayıb.

Metbuat.az klubun Tvitter hesabına istinadən xəbər verir ki, bunların doğru olmadığını bildirilib:

“Bəzi KİV orqanları futbolçunun agentlərinə yeganə mənbə kimi istinad edərək, Kvaratsxeliya ilə müqavilənin uzadılması üçün aparılan danışıqların davam etdiyi barədə xəbərlər yaymağa davam edir. Bütün bunlar cəfəngiyyatdır. Heç bir “Napoli” nümayəndəsi oyunçu ilə müddəti 4 ildən sonra başa çatacaq müqavilənin mümkün uzadılması barədə danışmayıb”.

Həmçinin bildirilir ki, klub prezidenti Aurelio De Laurentis öz oyunçularını rəqib komandalara mümkün keçidlərdən qorumaq istəyir, buna görə də, o, hücumçu Viktor Osimhenlə mövcud müqavilənin şərtlərini yaxşılaşdırmağı planlaşdırır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı