BMT Baş Assambleyasının 78-ci sessiyası başladı

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 78-ci sessiyası Dennis Fransisin sədrliyi ilə başlayıb.

Metbuat.az xəbər verir ki, BMT-nin 77-ci Baş Assambleyasının sədri Csaba Körösi sessiya sədrliyini varisinə təhvil verərək Assambleyanın 77-ci dövrünü bağlayıb. BMT-nin 78-ci Baş Assambleyasının sədri seçilən Trinidad və Tobaqonun namizədi Dennis Fransis, üzərinə düşən vəzifələri sadiqlik, şüurlu və sağlam düşüncə ilə yerinə yetirəcəyinə and içib.

Körösi bildirib ki, BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasında islahatlar aparmalıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR