Azərbaycan-Qazaxıstan matçının yeri açıqlandı

Azərbaycan futzal millisinin DÇ-2024-ün elit mərhələsində Qazaxıstanla keçirəcəyi səfər oyununun yeri və başlama saatı açıqlanıb.

Metbuat.az-ın Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, görüş oktyabrın 11-də Astanadakı “Jekpe-Jek Arena”da təşkil olunacaq.

Matçın start fiti Bakı vaxtı ilə saat 18:00-da səslənəcək.

Qeyd edək ki, bu arena 2019-cü ildə istifadəyə verilib. İdman qurğusunda bir neçə idman növü üzrə beynəlxalq yarışlar və festivallar keçirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR