"Qarabağ" irəlilədi, "Neftçi" gerilədi - Dünya reytinqi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Metbuat.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 405 komanda yer alıb.

Reytinqdə Azərbaycanın 3 təmsilçisi də var. “Qarabağ” 144,5 xalla 64-cü yerdə qərarlaşıb. Ağdam təmsilçisi bu nəticə ilə ötən ayla müqayisədə 15 pillə irəliləyib. Qurban Qurbanovun komandası “River Pleyt” (Argentina) “Çelsi”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko” (İspaniya) və “Marsel”i (Fransa) qabaqlayıb.

64,5 xalı olan “Sabah” 51 pillə irəliləyərək, 286-cı yerdə qərarlaşıb.

63,75 xala malik “Neftçi” 13 pillə geriləyərək 311-ci olub.

Siyahıya “Mançester Siti” (İngiltərə, 312 xal) liderlik edir. “Real” (Madrid, İspaniya, 301 xal) 2-ci, “Flamenqo” isə (Braziliya, 268 xal) 3-cüdür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı