"Qalatasaray"la tarix yazan məşqçinin yeni işi təəccübləndirdi

2014-2015 il mövsümündə "Qalatasaray"a kuboklar qazandıran və son olaraq "Eyüpspor"da çalışan Həmzə Hamzaoğlu məşqçilik karyerasını başa vurub.

Metbuat.az xəbər verir ki, məşqçinin yeni peşəsi hər kəsi təəccübləndirib. Məlumata görə, 53 yaşlı məşqçi yeni peşəsi ilə hər kəsə böyük sürpriz edib. Həmzə Hamzaoğlu "Sports Digitale" adlı yutub kanalında şərhçi kimi işləməyə başlayıb.

Qeyd edək ki, Həmzə Hamzaoğlu 2014-2015 mövsümündə "Qalatasaray"a Türkiyədəki mümkün hər üç kuboku qazandırmışdı. O, "Eyüpspor"da isə 10 oyuna çıxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı