Ermənilərin “qələbə”lərinin simvolu olan tank Hərbi Qənimətlər Parkındadır - FOTO

Ermənilərin Birinci Qarabağ müharibəsində “qələbə”lərinin simvolu olaraq Xankəndi-Şuşa yolunun üzərində yerləşdirdikləri tank demontaj olunaraq ərazidən götürülüb və Bakıdakı Hərbi Qənimətlər Parkına gətirilib.

Metbuat.az xəbər verir ki, hazırda texnika nümayiş olunması üçün parkda yerləşdirilir.

Qarabağda qanunsuz yerləşdirilmiş Ermənistan silahlı qüvvələri birləşmələrinə qarşı sentyabrın 19-da keçirilən antiterror tədbirləri nəticədində tankın yerləşdiyi ərazi Azərbaycan Ordusunun nəzarətinə keçib. Bundan sonra texnika orada götürülüb.

Qeyd edək ki, həmin tank Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən Şuşa yaxınlığında vurularaq sıradan çıxarılıb. Sonradan onun vurduğu tankı ermənilər rəngləyib, Xankəndi-Şuşa yolunun üzərindəki təpədə yerləşdirmişdilər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı