Gürcüstan nəqliyyatında yeni kart (VİDEO)

Gürcüstan nəqliyyatında yeni kart (VİDEO)
16:31 19 Yanvar 2015
100 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanda ictimai nəqliyyatda vahid kartdan istifadə olunur.

ANS TV-nin məlumatına görə, Tiflisin ictimai nəqliyyatındakı ödəmə sistemində bir sıra özünəməxsus cəhətlər var. Əvvəla burada metro və sərnişin avtobuslarında eyni plastik kartdan istifadə olunur. Bu sistem 2009-cu ildə Metropoliten və Bələdiyyə avtobuslarının Tiflis Nəqliyyat Şirkəti adlı qurumda birləşməsindən sonra mümkün olub. Hazırda vahid nəqliyyat kartından sərnişinlərin 80%-i istifadə edir. Yalnız 20 % sərnişin nağd ödəniş edir.

Tiflis Nəqliyyat Şirkətinin texniki direktoru Levan Mexreşvili hazırda planlarının qısa zamanda plastik kartların daha geniş şəkildə yayılmasını təmin etmək olduğunu deyir. Hazırda bu sahədə iş gedir, şəhər rəhbərliyinə və bələdiyyəyə təklif edilib ki, qəzet köşklərilə və yaxud kiçik mağazalarla danışıqlar aparılsın və onlara müəyyən ödənişlər olunsun ki, bu məkanlar məhsulun satışını həyata keçirsinlər. Onun sözlərinə görə, bu zaman faiz yüksələcək və nəticədə şəhər ictimai nəqliyyatında tam kartla ödənişə keçə biləcək.

Levan Mexrişvili onu da əlavə etdi ki, vahid kart sisteminin tətbiqi sərnişinlərdən savayı, şirkət üçün də maliyyə hesablamaları cəhətdən olduqca əlverişlidir. Qiymətlərə gəlincə isə ictimai nəqliyyatda standart gediş haqqı 50 tetri, yəni 20 qəpikdir. Lakin xeyli sayda müxtəlif kateqoriyalardan olan şəxslərə imtiyazlar nəzərə alınıb. Məsələn, məktəblilər, kimsəsizlər, gözdən əlillər və onları müşayiət edənlər, ikinci dünya müharibəsi veteranları və onlara bərabər tutulanlar şəxslər üçün gediş pulsuzdur. Həmçinin Gürcüstanın azadlığı uğrunda müharibələrdə iştirak edənlər, hərbi qulluqçular və onların ailə üzvləri, sahə müvəkkilləri və s. vətəndaşlar üçün metro və avtobuslarda istifadə pulsuzdur.

Bütün bu imkanlar əhalinin marşrut dediyi mikroavtobuslarda mümkün deyil. Burada da kartla ödəniş mümkün olsa da mikroavtobusların dövlətə aid olmaması onun istifadəçilərini bu imkanlardan məhrum edir.Tiflis Nəqliyyat Şirkəti özündə metropoliten, avtobus və Rike-Narıqala kanatının fəaliyyətini birləşdirir. Hazırda Tiflisdə 150 xətt avtobusu və 22 metro stansiya mövcuddur ki, gün ərzində təxminən 600 min sərnişin bu ictimai nəqliyyat vasitələrindən istifadə edir.


Mənbə
ANS TV, Nəriman Hüseynov



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320580

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR