Qvardiola De Brüyne üçün əvəzedici tapdı

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandanın yarımmüdafiəçisi Kevin de Brüyne üçün əvəzləyici olaraq Camal Musialanı düşünür.

Metbuat.az bildirir ki, Brüyne artıq 32 yaşındadır və 2 il sonra klubla müqaviləsi bitir. Belə olan halda "şəhərlilər" "Bavariya"dan Camal Musialanı transfer etməyə çalışacaqlar.

20 yaşlı yarımmüdafiəçinin münhenlilərlə 2026-cı ilin yayınadək müqaviləsi var. Mançesterlilər qarşı tərəfin 110 milyon avroluq tələbinə rəğmən bu keçidin həll olunmasında israrlıdır. Yanvarda, ən geci gələn yay Musialanın keçidi üçün lazım olan addımlar atılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR