Fransa ordusu Nigerdən çıxır

Fransa hərbi birləşmələrini Nigerdən çıxarmağa başladığını açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Fransanın Baş Qərargahının açıqlamasında bildirilir. Məlumata görə, Prezident Emmanuel Makron Nigerdə on ilə yaxındır xidmət edən fransız əsgərlərinin hərbi əməkdaşlığının sona çatması səbəbilə geri çəkilməsi əmrini verib. Bildirilir ki, hərbi qüvvələrin Nigerdən çəkilməsi ilin sonuna qədər yekunlaşacaq. Bəyanatda geri çəkilmənin indiyə qədər problemsiz həyata keçirildiyi vurğulanıb və əsgərlərin Niger ordusu ilə koordinasiyalı şəkildə geri çəkildiyi vurğulanıb.

Qeyd edək ki, Nigerdə hərbi çevrilişdən sonra yeni adminstrasiya Fransa ordusunun ölkədən çıxmasını tələb edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı