UEFA-dan Türkiyəyə xoş xəbər - Ankara istədiyini aldı

2032-ci ildə futbol üzrə Avropa çempionatı Türkiyə və İtaliyada keçiriləcək.

Metbuat.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. 2028-ci ildəki yarışın isə Böyük Britaniya və İrlandiyada təşkil olunacağı vurğulanıb.

Qeyd edək ki, Türkiyə ilk dəfə futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına evsahibliyi edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR