Binalara istilik nə vaxt veriləcək - RƏSMİ AÇIQLAMA

Bakıda bu il də istilik mövsümünün noyabrın 15-də başlanması nəzərdə tutulub.


Bu barədə Metbuat.az-a "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı deyib. O bildirib ki, istilik sisteminə sayğacın quraşdırılmasına gəlincə, bu yalnız qeyri əhali istehlakçıları üçün planlaşdırılır. Hazırda bu istiqamətdə təxirəsalınmaz tədbirlər görülür.

Noyabrın 1-dən isə istilik mövsümü başlayacaq rayonların sayı 14-ə çatdırılacaq.

Həmin rayonlar aşağıdakılardır:


1.Daşkəsən

2.Gədəbəy

3.Xaçmaz

4.Kəlbəcər

5.Qəbələ

6.Quba

7.Qusar

8.Laçın

9.Lerik

10.Şamaxı

11.Siyəzən

12.Şabran

13.Şuşa

14.Yardımlı


E. Basqallı qeyd edib ki, bununla bağlı qərar bölgələr üzrə iqlim şəraiti nəzərə alınaraq verilib.Qurumun fəaliyyətinin tənzimlənməsi ilə bağlı bir sıra normativ hüquqi aktlar qəbul edilib.

Nazirlər Kabineti tərəfindən istilik enerjisindən istifadə qayadaları təsdiqlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı