Ermənistan rəsmi olaraq təsdiqlədi - Putin Ermənistana səfər edərsə həbs olunacaq

Ermənistan prezidenti Vaaqn Xaçatryan Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu təsdiqləyib.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumat üçün bildirək ki, Roma statunun tələbinə görə, Rusiya Prezidenti Vladimir Putin Ermənistana səfər edəcəyi təqdirdə həbs olunmalıdır.

Qeyd edək ki, oktyabrın 3-də Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma statutunu ratifikasiya edib. Rəsmi Moskva bu addımı düşmənlik əlaməti kimi qiymətləndirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR