Azərbaycanlı məşhur model indi dilənçilik edir - VİDEO

Xalq artisti Faiq Ağayev, müğənni Samir Bağırovun kliplərinə çəkilən model Rövşanə Kərimovanın (Şou-biznesdə Təhminə Kərimova kimi tanınırdı - red.) anası efirə çıxaraq kömək istəyib.

Metbuat.az Axşam.az-a istinadən xəbər verir ki, modelin anası qızının hazırda narkotik alidəçisi olduğunu, küçələrdə yaşadığını, dilənçilik etdiyini bildirib:

"Rövşanə Britaniya vətəndaşı, milyarder iş adamı ilə evli olub. O, elə bir zəngin insan idi ki, Bakıda oturub, Londonda villasının işıqlarını yandırıb-söndürürdü. İngilis kürəkənim Bakıda neft şirkətində böyük vəzifədə çalışırdı. Onların autizmdən əziyyət çəkən bir uşaqları var. Əri gördü ki, arvadı bu vəziyyətə düşüb ondan uzaqlaşdı.

Onun alüdəçiliyi və kim tərəfindən bu hala salınmasını deyə bilmərəm. Qızımı tərbiyəli, işinə-gücünə gedən, dörd dil bilən kimi tanımışam. Onu oxutdurub, ali təhsil vermişəm. Haradan bilərdim ki, o kiməsə qoşulub, pis şeylərin alüdəçisi olacaq. Düzdür, o evə ziyan vurmurdu, amma bu dərəcəyə gəlib çıxmışıq".

Qadın qızının bütün evlərini satdığını açıqlayıb:

"Biz belə deyildik. Ziyan odur ki, şəhərin dörd bir tərəfində evlərimiz var idi. Belə ki, yarım milyonluq bir evimiz, Bayılda dəniz mənzərəli digər evimiz, "Malakan" bağında mənzilimiz, Sabunçu dairəsinda yaşıl darvazalı villamız - hamısını satdı.

Bu evləri qızım öz adına almışdı. Ona görə də satırdı. Sonuncu evi mən öz adıma keçirtdim, onu da satdı. Əlimdən bu ev də çıxdı. Evin pərdələrinə kimi hər şeyi satdı. Qızım illər əvvəl tərcüməçi kimi çalışırdı. İngilis ərindən əvvəl isə qızım türk iş adamı ilə evli olub. Çox yaxşı bir insan idi. Onunla Bakıda tanış olub rəsmi şəkildə evlənmişdi.

Biz uzun illər Türkiyədə yaşadıq. O şəxs bizi bütün Türkiyəni gəzdirmişdi. Amma onların uşağı olmadı. Qızım hər zaman brend paltarlar geyinib. İndi evdə qalıb, heç üzünə də baxmır. Qızım hazırda küçələrdə dilənir. Bizim o qədər pulumuz var idi, bilmirdik hara xərcləyək. Qohumlarımın əksəriyyətinə Bakıda gözəl şərait qurduq. Amma indi heç biri qızımın alüdəçiliyinə görə yaxın belə durmur. Hamı bizdən uzaqlaşıb. Heç kim bizi saymır".

Qadın əlavə edib ki, qızını xəstəxanaya qoyub, 7 ay müalicə alıb, amma sağalmayıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR