Neymar futbol karyerasını bitirə bilər - İDDİA

Braziliyanın Uruqvaya 0:2 hesabı ilə uduzduğu matçda zədələnən Neymar mövsümü başa vura bilər.

Metbuat.az xəbər verir ki, stadiondan qoltuq dəyənəyi ilə ayrılan Neymarın zədələrdən yorulduğu irəli sürülür. Xarici KİV-lərin iddiasına görə, Neymar zədələrdən yorulub və karyerasını bitirə bilər.

Qeyd edək ki, Braziliyanın Uruqvaya məğlub olduğu oyunun ilk hissəsində Neymar zədələnərək meydanı tərk edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı