AVRO 2024-ə vəsiqə qazanmaq üçün mütləq məğlub olmalıdırlar

Futbol dünyasında görünməmiş hadisə baş verir.

Metbuat.az xəbər verir ki, İrlandiya millisi AVRO-2024-ə vəsiqə qazanmaq üçün növbəti matçda məğlub olmalıdır. Məlumata görə, İrlandiya millisinin AVRO 2024-ə vəsiqə qazanmasının yeganə yolu budur. Bildirilir ki, İrlandiya B qrupunda Hollandiya millisinə uduzarsa, Millətlər Liqasında pley-off mərhələsinə vəsiqə qazanacaq və burada qalib gəldikdən sonra AVRO-2024 turnirində iştirak edə biləcək. Məlumata görə, İrlandiya millisi qrupda 6 xal toplayaraq 4-cü yerdə qərarlaşıb.

Milli qrupda ilk iki yerdən birini tuta bilmədiyi üçün qrupdan AVRO 2024-ə vəsiqə qazanmayıb. İrlandiya Hollandiyaya uduzsa, AVRO 2024-ə Millətlər Liqası kvotası ilə iştirak etmək şansı əldə edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR