100 milyonluq oyunçusunu itirən "Əl-Hilal" cəmi 7,5 milyon alacaq

Braziliya milli komandasında zədələndikdən sonra mövsümün sonuna qədər meydanlardan uzaq qalacağı gözlənilən Neymar üçün FIFA “Əl Hilal”a təzminat ödəyəcək.

Metbuat.az xəbər verir ki, FİFA-nın ödəyəcəyi maksimum təzminat məbləğinin 7,5 milyon avro ilə məhdudlaşdığı bildirilib. Məlumata görə, Uruqvayla matçda zədələnən Braziliya millisinin ulduzu Neymar əməliyyat ediləcək.

Ulduz futbolçu mövsümün sonuna qədər meydanlardan uzaq qalacaq. Futbolçunun beynəlxalq yarışda aldığı zədə 28 gündən çox olduğu FİFA “Əl Hilal” klubuna təzminat ödəyəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı