“Əl-Nəssr”in futbolçusu Kriştiano Ronaldo məşhur döyüşçü Frensis Nqannouya verdiyi hədiyyə ilə gündəmə gəlib.
Metbuat.az xəbər verir ki, Ər-Riyadda britaniyalı ağır çəkili döyüşçü Tayson Fyuri ilə qarşılaşmadan əvvəl Frensis Nqannou Kriştiano Ronaldodan hədiyyə alıb. Bu barədə idmançı özü açıqlama verib. Döyüşçü bildirib ki, Ronaldo ona 110 min funt-sterlinq dəyərində “Jacob & Co” hədiyyəsi verib.
"Mən Riyaddakı döyüş həftəsindən əvvəl yeni saatımı almalıyam. @jacobandco Riyad və qardaşım @cristiano-ya təşəkkür edirəm!” – Frensi Ngannou" deyib.