Avropa nəhəngindən “Fənərbaxça”ya sürpriz təklif

Avropa nəhəngləri “Fənərbaxça”nın futbolçusu Ferdi Kadıoğlunu transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, klublar oyunu ilə diqqət çəkən futbolçu üçün iddialı təkliflər göndəriblər. Bildirilir ki, İtaliyanın “Napoli” klubu Ferdini izləmək üçün Türkiyəyə nümayəndələrini göndərib. Məlumata görə, tribunadan Ferdinin oyununu izləyən “Napoli” nümayəndələri heyran qalıblar. “Napoli”inin futbolçu üçün “Fənərbaxça”ya 25 milyon avro təklif etdiyi irəli sürülür.

Qeyd edək ki, Ferdi Kadıoğlunun mövsümün əvvəllində “Fənərbaxça”dan ayrılmaq istədiyi, lakin klub rəhbərliyinin ona “çempion olaq sonra get” dediyi irəli sürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR