Neymar barədə təəccüblü iddia: Buna görə satılıb - FOTO

Neymar fiziki problemləri olduğuna görə PSJ-nin onu "Əl-Hilal"a satmağa razı olması barədə iddialara cavab verib.

Metbuat.az xəbər verir ki, Neymar sosial media hesabında açıqlama verərək, iddiaları əsassız adlandırıb. O KİV-ləri saxta xəbərlər dərc etməməyə çağırıb.

Qeyd edək ki, Neymar Braziliyanın Uruqvaya 0:2 hesabı ilə uduzduğu matçda zədələnib. Onun gələn mövsüm meydana qayıdacağı qeyd edilib. Neymar PSJ-dəki 6 illik karyerası ərzində çoxlu zədə alıb. Braziliyanın bəzi KİV-ləri PSJ-nin Neymarın fiziki problemlərinə görə onu Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasına satdıqlarını yazıb.

"Əl-Hilal" PSJ-yə bonuslarla birlikdə 120 milyon avro, Neymara isə illik 160 milyon avro ödəyib. Digər gəlirlərlə birlikdə Neymarın gəlirinin daha çox olacağı deyilir.


Neymar response fitness claims


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı