Qəzzada humanitar fəlakət var - Peskov

Qəzzada humanitar fəlakət var.

Metbuat.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov belə deyib. Peskov paytaxt Moskvada jurnalistlərə İsrail-Fələstin münaqişəsi ilə bağlı açıqlamalar verib. O bildirib ki, humanitar yardımlar Qəzzaya çata bilmir. Qəzzaya göndərilən yardımların daxil olmasına icazə verilmədiyinə diqqət çəkən Peskov, "Yalnız iki onlarla yardım maşınının girməsinə icazə verildi. Bu çox azdır. İnsanların da çıxmasına icazə verilmir. Qəzzada humanitar fəlakət var. Humanitar yardımların oraya çatdırılması lazımdır. Quru əməliyyatı başlasa, vəziyyət daha da pisləşə bilər" deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı