Ronaldonun bacısının Messi ilə bağlı paylaşımı gündəm oldu - FOTO

Kriştiano Ronaldonun bacısı Katia Aveiro Lionel Messinin "Qızıl top" mükafatını qazanmasından sonra sürpriz paylaşım edib.

Metbuat.az xəbər verir ki, o instaqram hesabında Ronaldonun bir çox fərdi mükafatları, o cümlədən beş “Qızıl top” mükafatı ilə fotosunun olduğu şərh paylaşıb. “Qazandı verilmədi” başlığı ilə yazılan şərhini Aveiro beş alqış emojisi ilə tamamlayıb.

Qeyd edək ki, Lionel Messi 8-ci dəfə "Qızıl top" mükafatını qazanıb. Bəzi dairələrə Messini dünya çempionu olduğuna görə bu mükafaya layiq hesab etsə də, bəziləri qarşı çıxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR