Ronaldo yubiley qolunu belə vurdu - VİDEO

Səudiyyə Ərəbistanın futbol çempionatında 12-ci turunun matçında "Əl-Nəsr" doğma meydanda "Əl-Xəlic" klubu üzərində qələbə qazanıb.

Metbuat.az xəbər verir ki, Ər-Riyadın “Əl-Əvval Park” stadionunda baş tutan görüş 2:0 hesabı ilə başa çatıb.

Qolları Kriştiano Ronaldo və Aymerik Laport vurub.

38 yaşlı portuqaliyalı üçün bu qol 30 yaşından sonra karyerasında 400-cü qol olub.

Ümumilikdə onun aktivində 863 qol var. Ronaldo beşqat “Qızıl top”un sahibidir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR