Xoşqədəm məhkəməyə müraciət etdi - Sonadək mübarizə aparacam

Xoşqədəm Hidayətqızı həyat yoldaşı Doğuş barəsində qalmaqallı açıqlamalar verən türkiyəli aparıcı haqda danışıb.

Metbuat.az azxeber.com-a istinadən xəbər verir ki, aparıcı "Səni axtarıram" verilişində həmin aparıcını həyat yoldaşı və özü haqda yalan məlumat vermək, ailəyə müdaxilə maddəsi ilə məhkəməyə verdiyini açıqlayıb:

"Həyat yoldaşıma və ailəmə qarşı günlərdir apardığınız qərəzli verilişlərə görə bütün qanuni prosedurları başlatmışıq. Etibarımızı zədələyən hər cür yalan və böhtana qarşı sonunacan mübarizəmizi qanuni yolla aparacağıq. Doğuşun xanımının adının çəkilməsi və övladlarının psixologiyasını pozacaq hər hansı bir məlumat şəxsi həyata müdaxilədir. Bu səbəblə həmin verilişdə haqqımızda söhbətlərin dərhal dayandırılmasını tələb edirik. Bütün qanuni yollara baş vurduğumuzu bilməyinizi istəyirik", - deyə müraciətdə qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı