"Arsenal" və "Liverpul"dan “Qalatasaray”a sürpriz təklif

Avropanın nəhəng klubları “Qalatasaray”ın futbolçusu Kerem Aktürkoğlunu transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, İngiltərə Premyer Liqasının “Tottenhem”, “Arsenal”, “Liverpul” kimi klubları türk futbolçunu transfer etməyə çalışır. Məlumata görə, Kerem Aktürkoğlunun Türkiyə Superliqası və Çempionlar Liqasından uğurlu oyunu təkcə ingilis klublarının deyil, digər Avropa klublarının da diqqətini çəkib. Bildirilir ki, klublar “Qalatasaray”la danışıqlar aparıb və Türkiyə klubu futbolçu üçün 20 milyon avro tələb edib. Kerem Aktürkoğlunun da aparıcı klubda forma geyinmək istədiyi bildirilir.

Kerem Aktürkoğlu "Qalatasaray"ın heyətində139 oyun keçirib. O, 34 qol vurub, 37 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR