"Şirin çay" verilişində dəyişiklik baş verib. "Şirin çay"ın aparıcısı, "Bozbash pictures"in aktyoru Nicat Rəhimov verilişi tərk etməli olub.
Milli.Az atv.az-a istinadən bildirir kim, Nicat Rəhimovun dediyinə görə, verilişi zaman çatdırmadığı üçün tərk edib. "Bozbash pictures"in yeni film çəkilişi ilə əlaqədar vaxt azlığı ilə üzləşən aktyor, "Şirin çay"dan uzaqlaşıb.
Qeyd edək ki, bu həftədən etibarən hər həftənin altıncı və bazar günləri, "Şirin çay"ı aparıcı Rüfət Nəzər aparacaq.
Milli.Az