Futboldan getdiyi deyilən Mirça Luçesku türk klubuna gəlir

Şenol Günəşin istefasından sonra “Beşiktaş” klubu məşqçi axtarışlarını davam etdirir.

Metbuat.az xəbər verir ki, "Beşiktaş" rəhbərliyinin Kiyev "Dinamo"sundan ayrılan və karyerasını bitirdiyi deyilən Mirça Luçesku ilə görüşdüyü iddia edilib. Türkiyə mediasının məlumatına görə, bu barədə rumıniyalı jurnalist Decebal Radulesku açıqlama verib. Jurnalist "Məlumat aldım. Mirça Luçesku "Beşiktaş"la baş məşqçilik məsələsini görüşür” deyə bildirib. Mirça Luçeskunun təklifi nəzərdən keçirdiyi bildirilir.

Qeyd edək ki, rumıniyalı məşqçi Mirça Luçesku 2003-cü ildə 100-cü ilində “Beşiktaş”ı Türkiyə çempionu edib. “Beşiktaş”ın Avropa Liqasında “Luqano”ya 2-3 hesablı məğlubiyyətindən sonra Şenol Güneş və klub rəhbərliyi istefa verib. Şenol Günəşin istefasından sonra kluba müvəqqəti olaraq köməkçi məşqçi Burak Yılmaz rəhbərlik edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı