Xankəndidəki rüsvayçı abidə söküldü - FOTO

Xankəndidə boşevik liderlərdən olan erməni Stepan Şaumyanın heykəli sökülüb.

Metbuat.az axar.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib.

Qeyd edək ki, 1918-ci ildə yaradılan Bakı Sovetinin rəhbəri Stepan Şaumyan həmin ilin 31 martında da soyqırımın təşkilatçılarından olub. Onun rəhbəri olduğu Bakı Soveti Daşnakütyun Partiyasının hərbi dəstələri ilə birləşərək Bakıda, Qubada, Lənkəranda azərbaycanlıları qətlə yetiriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı