“Qalatasaray” klubu “Tottenhem”in futbolçusunu transfer etmək niyyətindədir.
Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Okan Buruk orta xətt oyunçularının performansından razı olmadığı üçün yeni transfer istəyir. Qış fasiləsində “sarı-qırmızılılar” ingiltərə klubundan Rodriqo Bentankuru heyətinə qatmaq istəyir.
Qeyd edək ki, uruqvaylı oyunçu “Tottenhem”də çıxdığı 46 oyunda 6 qol vurub.