Baş məşqçi Ronaldonu heyətdən qovub? - “Buna mən qərar vermədim”

Səudiyyə Ərəbistanının Pro Liqa komandası "Əl Nəssr"in baş məşqçisi Luis Kastro Kriştiano Ronaldonun AFC Çempionlar Liqası matçında iştirak etməməsinin səbəbləri barədə açıqlama verib.

Metbuat.az xəbər verir ki, Ronaldo yorğun olduğu üçün heyətə daxil edilməyib. Portuqaliyalı menecer jurnalistlərə açıqlamasında bildirib ki, Ronaldo çox sayda matçda iştirak etdiyi üçün yorğundur.

“Bilirəm ki, onu görmək istəyənlər var, amma dincəlməlidir. Bir çox ulduzumuz var. Əfsanə olan Ronaldonu kənarda saxlamağa özüm qərar vermədim. Onun fiziki durumu istirahət etmək qərarını verdi. Çünki Ronaldo 48 saat əvvəl matça çıxıb, ondan əvvəl isə 120 dəqiqə oynayıb" deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR