Ronaldo Çempionlar Liqasına qayıdır - Böyük layihə reallaşır

Səudiyyə Ərəbistanının “Əl-Nəssr” komandası ilə bağlı diqqətçəkən iddia irəli sürülüb.

Metbuat.az xəbər verir ki, UEFA-nın Səudiyyə Ərəbistanı klubunu Çempionlar Liqasına dəvət edəcəyi iddia edilir. “Abu Dhabi Sports”un məlumatına görə, UEFA Kriştiano Ronaldo, Anderson Taliska, Sadio Mane və Marselo Brozoviç kimi ulduzları olan "Əl-Nəssr"in Çempionlar Liqasında oynamasında maraqlıdır.

Qeyd edək ki, UEFA prezidenti Aleksander Çeferin daha əvvəl verdiyi açıqlamada Səudiyyə Ərəbistanı komandalarının Çempionlar Liqası kimi turnirlərdə iştirak etməyəcəyini bəyan etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR