100 milyonluq hücumçu ilə gərginlik yaşadı - Klubdan qovulur

"Napoli"nin baş məşqçisi Rudi Qarsia istefaya göndərilə bilər. Bəzi mənbələr isə baş məşqçinin artıq istefaya göndərildiyini yazır.

Metbuat.az xəbər verir ki, klubun yeni baş məşqçisinin İqor Tudorun olacağı irəli sürülür. "Corriere dello Sport"un məlumatına görə, “Napoli” İqor Tudorla 1 illik anlaşma əldə edib. Son çempion "Napoli" 12 həftədə 21 xal toplayaraq İtaliya A Seriyasında 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Rudi Qarsia ilə hücumçu Viktor Osimhen arasında gərginliyin olduğu irəli sürülür. Xarici KİV-lər bu gərginlik səbəbindən Viktor Osimhenin başqa kluba transfer olmaq istədiyini yazmışdı. Viktor Osimhenin transfer qiymətinin 100 milyon avro olduğu irəli sürülür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı