Norveçli hücumçu Erlinq Haaland yutubda Kriştiano Ronaldonu tez-tez izlədiyini bildirib.
Metbuat.az xəbər verir ki, futbol karyerasının ilk illərində həmişə portuqaliyalı super ulduzu izlədiyini ifadə edən norveçli hücumçu, Ronaldoya böyük hörmət bəslədiyini bildirib.
Haaland “TV 2”yə mühasibəsində “Mən onun cərimə meydançasındakı hərəkətlərinə yutubda baxırdım. O, olmaq istədiyi sahəyə qaçmazdan əvvəl iki-üç hərəkət edərdi. Belə vəziyyətlərdə müdafiəçilərlə duelə girirsən və vaxtı mükəmməl keçirməlisən. Təbii ki, növbəti top da önəmlidir. Yaxşı ötürmə almasan, başınla qol vura bilməzsən. Kriştianonun hərəkətlərini, oyununun inkişafını özümə məxsus şəkildə təhlil etməyə çalışdım” deyə bildirib.