“Beşiktaş”ın təklifini qəbul etməyən Luçesko bu komandanı seçdi

Rumıniya mətbuatı futboldan getdiyini açıqlayan təcrübəli məşqçi Mirça Luçeskunun yenidən futbol fəlaiyyətinə başlayacağını açıqlayıb.

Metbuat.az xəbər verir ki, Şenol Güneşin istefasından sonra “Beşiktaş”ın baş məşqçisi olacağı deyilən Luçeskonun Rumıniya millisinə rəhbərlik edəcəyi qeyd edilib. Məlumata görə, Rumıniya Futbol Federasiyasının prezidenti Razvan Burleanu Mirça Luçeskuya təklif irəli sürüb. 78 yaşlı təcrübəli məşqçinin təklifi qəbul etdiyi irəli sürülür. Bildirilir ki, Edvard İordaneskunu isetfaya göndərən Rumıniya Futbol Federasiyası Luçeskonun razılığını alıb.

Qeyd edək ki, ilk məşqçilik təcrübəsini Rumıniyada keçirən Mirça Luçesku “Dinamo”, “AC Pisa”, "Brescia”, “Reggiana”, “Rapid Bukarest”, “İnter”, “Qalatasaray”, “Beşiktaş”, “Şaxtyor Donetsk”, “Zenit”, “Dinamo Kiyev” və Türkiyə millisində işləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı