İsraillə HƏMAS arasında 4 günlük müvəqqəti atəşkəs rejimi noyabrın 24-ü saat 9-dan (Bakı vaxtı ilə - red) başlayıb.
Metbuat.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.
Bildirilib ki, əldə edilən razılaşmaya əsasən, 13 nəfərdən ibarət ilk girov noyabrın 24-də saat 18-də Qəzza zolağından çıxarılacaq.
Qeyd edək ki, HƏMAS 150 fələstinli məhbusun əvəzində Qəzza zolağında saxlanılan 50 girovu azad edəcəyinə söz verib.