Məşhur türk məşqçi millimizi çalışdıra bilər - FOTO

"Beşiktaş”dan ayrılan Şenol Günəş Azərbaycan millisini çalışdıra bilər.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb. Bildirilib ki, Canni De Byazinin istefasından sonra yeni baş məşqçi axtarışında olan Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) rəhbərliyinin namizədləri arasında Şenol Günəş də var.

Qeyd edək ki, 71 yaşlı mütəxəssis 2002-ci ildə Türkiyə millisi ilə dünya çempionatında 3-cü yeri tutub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı