Messi həyat yoldaşına bu qadınla xəyanət edib: İDDİA - FOTO

Braziliyanın “Direto Do Miolo” qəzeti “İnter Mayami”nin futbolçusu Lionel Messinin evlilik həyatında böhranla üzləşdiyini iddia edib.

Metbuat.az xəbər verir ki, Messinin argentinalı jurnalist Sofia Martinezlə münasibətdə olduğu iddiasından sonra həyat yoldaşı Antonella Rokuzzodan ayrılmaq ərəfəsində olduğu bildirilib. “Daily Mail” Argentinada 36 yaşlı ulduzun bir qadınla sevgili olduğu və bu qadının onun həyat yoldaşı Antonella olmadığı barədə xəbərlərin olduğunu iddia edib. Lakin Messiyə yaxın olan Sesk Fabreqasın həyat yoldaşı Daniella Semaan şayiələri təkzib edib. İnstaqramda məsələyə cavab verən Semaan “Bu xəbərdə doğru olan heç nə yoxdur” deyib.

Qeyd edək ki, Messi və Rokuzzo bir-birlərini uşaqlıqdan tanıyırlar və 15 ildir ki, münasibətdədirlər. Cütlük 2017-ci ildə evlənib və onların Tiaqo, Mateo və Çiro adlı üç oğlu var. Jurnalist Sofiya Martinez dünya çempionatı zamanı yarımfinalda Xorvatiyanı məğlub edərək komandasını finala çıxaran Argentina kapitanına etdiyi məşhur və ehtiraslı çıxışı ilə gündəmə gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı