"Azərbaycanla münasibətlərin normallaşması regionun inkişafı üçün ilkin şərtdir”

“Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması bütün region ölkələrinin gələcək inkişafı üçün ilkin şərtdir”.

Metbuat.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Vaaqn Xaçaturyan Litva-Ermənistan parlament dostluq qrupunun rəhbəri Raymundas Lopata ilə görüşündə deyib.

V.Xaçaturyan qeyd edib ki, Ermənistan Cənubi Qafqaz regionunda sabit və davamlı sülhün əldə olunmasında maraqlıdır.

Görüş zamanı Ermənistan-Litva əməkdaşlığının gündəliyindəki məsələlər də müzakirə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı