Futbolda inqilabi yenilik - Narıncı kart gəldi

Beynəlxalq Futbol Assosiasiyaları Şurası futbolun oyun qaydalarına yeniliklər əlavə edib.

Metbuat.az bu dəyişikliklə oyunçulara göstəriləcək narıncı kart müəyyən müddət ərzində oyundan uzaqlaşdırılması mənasına gələcək. Yeni kartın tətbiqi oyunçulardan 10 dəqiqə kənarda gözləmələrini tələb edəcək. Yeni qaydanın tətbiqi hələlik qüvvəyə minməyib. Məlumata görə, yeni qayda bir müddət sınaqdan keçirilikdən sonra tətbiq ediləcək. Bildirilir ki, sarı və ya qırmızı vərəqə arasında tərəddüd olduğu hallarda hakimlər narıncı vərəqə tətbiq edəcəklər.

Narıncı kartı görən oyunçu 10 dəqiqə kənarda gözləyəcək. Narıncı kart tətbiqi gələn mövsüm Premyer Liqa kimi yüksək səviyyəli liqalarda tətbiq oluna bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR