Gürcü futbolçu İspaniyanın bu nəhəng klubunda oynamaq istəyir

“Napoli”nin futbolçusu Xviça Kvaratsxeliyanın atası oğlunun uşaqlıqda hansı komandaya azarkeşlik etdiyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, Badri Kvaratshelia bildirib ki, oğlu “Real Madrid” azarkeşidir və bu klub üçün oynamaq istəyir.

“Geo Team”ə danışan Badri deyib: "Xviça üçün “Real Madrid”ə qarşı oynamaq xüsusi idi. O, həmişə bunu xəyal edib və inanıram ki, hələ də “Real Madrid”də oynamaq arzusundadır. Ailəmdə hər kəs Los Blancos azarkeşidir. Bu səbəbdəndir. Bu mənim üçün çox xüsusi bir matç idi" .

Qeyd edək ki, “Napoli”nin futbolçusu Xviça Kvaratsxeliya üçün 100 milyon avro tələb edir. Futbolçuya bir sıra klublardan təklif olduğu bildirilir. Onların arasında “Real Madrid”in olmadığı deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı