Lukaşenko ilə şəkil çəkdirmək istəmədilər - "Bizim ailənin üzvü deyil"

Birləşmiş Millətlər Təşkilatının (BMT) Dubayda keçirilən iqlim konfransında Belarus prezidenti Aleksandr Lukaşenko ilə şəkil çəkdirmək istəməyiblər.

Metbuat.az “Ria Novosti”yə istinadən xəbər verir ki, Litva, Latviya və Polşa prezidentləri Gitanas Nauseda, Edqars Rinkeviçs və Anjey Duda bütün iştirakçılarla birgə şəkil çəkdirməkdən imtina ediblər.

Litva prezidenti Gitanas Nauseda deyib ki, bu “ailə fotosu”da Belarus prezidenti olmamalıdır, çünki o onların mənsub olmaq istədikləri ailəyə aid deyil. Mənbə qeyd edir ki, Belarus prezidenti ilə yan-yana dayanmaq ikiüzlülük olardı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı