Avro-2024-ün final mərhələsinin püşkü atıldı

Bu gün Avro-2024-ün final mərhələsinin püşkü atılıb.

Metbuat.az xəbər verir ki, Hamburqda keçirilən tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayıb.

Püşkatmada 21 milli komanda rəqiblərini tanıyıb. Son 3 vəsiqənin sahibi isə pley-off mərhələsinin oyunları ilə müəyyənləşəcək. A, B və C Yolundan gələcək yığmalar 4-cü səbətdə yer alacaqlar.

AÇ-2024

A qrupu: Almaniya, Şotlandiya, Macarıstan, İsveçrə

B qrupu: İspaniya, Xorvatiya, İtaliya, Albaniya

C qrupu: Sloveniya, Danimarka, Serbiya, İngiltərə

D qrupu: Fransa, Avstriya, Niderland, A Yolunda pley-off qalibi (Polşa, Estoniya, Uels, Finlandiya)

E qrupu: Belçika, Rumıniya, Slovakiya, B Yolunda pley-off qalibi (İsrail, İslandiya, Bosniya və Herseqovina, Ukrayna)

F qrupu: Portuqaliya, Türkiyə, Çexiya, C Yolunda pley-off qalibi (Gürcüstan, Lüksemburq, Yunanıstan, Qazaxıstan)

Qeyd edək ki, Avropa çempionatı 14 iyun - 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı