UEFA Avropa çempionatında qruplar müəyyənləşdikdən sonra F qrupu ilə bağlı sorğu elan edib.
Metbuat.az xəbər verir ki, sorğuda “Hansı daha çox uğurlu oyun nümayiş etdirəcək. Kerem yoxsa Ronaldo?” deyə sual edilib. Portuqaliyanın 7 nömrəli futbolçusu Kriştiano Ronaldo ilə Türkiyənin 7 nömrəli futbolçusu Kerem Aktürkoğlunun müqayisəsi sosial media istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Xüsusilə türk futbolsevərlər UEFA-nın bu paylaşımına böyük maraq göstərib.
Qeyd edək ki, Türkiyə millisi AVRO-2024-ün F qrupunda Portuqaliya və Çexiya ilə birlikdə mübarizə aparacaq.Qrupdakı digər rəqib isə C cütlüyündəki pley-offun qalibi olacaq. Burada isə Gürcüstan, Yunanıstan, Qazaxıstan, Lüksemburq güclərini sınayacaq.