PSJ-dən ​"Fənərbaxça"ya sürpriz təklif - "Arsenal" və "İnter" də təkid edir

"Fənərbaxça"nın ulduz futbolçusu Ferdi Kadıoğlu üçün təkliflər davam edir.

Metbuat.az xəbər verir ki, "Borussiya Dortmund", "Napoli", "Ayaks" "Arsenal" və "İnter"dən sonra PSJ-nin Ferdi Kadıoğlu üçün təklif göndərdiyi irəli sürülür. “Foot01”in məlumatına görə, PSJ-nin transfer siyahısında 10 futbolçu var. Onlardan biri də Ferdi Kadıoğludur. Bildirilir ki, Ferdi Kadıoğlunun uğurlu oyunu futbolçunun PSJ-nin əsas hədəfi olmasına səbəb olub.

“Sabah” qəzetinin xəbərinə görə, "Fənərbaxça" müqaviləsində sərbəst qalma maddəsi olmayan 24 yaşlı sol cinah müdafiəçisini hələki satmaq istəmir. Bildirilir ki, hazırda futbolçu üçün 20 milyon avro tələb edən "Fənərbaxça" bu məbləği Ferdinin AVRO-2024-dəki çıxışından sonra artıra bilər.

Qeyd edək ki, Türkiyə millisi Avropa çempionatına vəsiqə qazandığı üçün Ferdi Kadıoğlu da beynəlxalq turnirdə iştirak edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı