Yunan nazir Ərdoğana niyə baş əydiyini açıqladı - FOTO

Yunanıstana səfəri çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğan yunan həmkarı Katerina Sakelaropulu tərəfindən rəsmi mərasimlə qarşılanıb.

Metbuat.az xəbər verir ki, Ərdoğan binaya daxil olanda Yunanıstanın xarici işlər naziri Georgios Gerapetritis baş əyib. Ölkəsində tənqid hədəfinə çevrilən yunan nazir Ərdoğana niyə baş əydiyini açıqlayıb. Məsələ ilə bağlı açıqlama verən Gerapetritis "Mən Ərdoğana deyil, Prezident Sakelaropuluya baş əydim. Dövlət başçısına hər zaman lazım olan hörməti göstərirəm" deyə bildirib.

Qeyd edək ki, Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının beşinci iclasında iştirak etmək üçün Rəcəb Tayyib Ərdoğan Yunanıstana səfər edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı